26 
Fev
2020
11:58
1597

Lavrovdan gürcü jurnalist qızlara: “Xəstəsiniz” – VİDEO

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov gürcü jurnalistləri özlərini apara bilməməkdə ittiham edib.

InterPress.ge-nin məlumatına görə, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Kadrlarda görünür ki, Gürcüstan mediasının nümayəndələri, xüsusən “Imedi” və “1TV”nin qadın jurnalistləri bir-birilərinin sözlərini kəsərək, RF XİN rəhbərinə sual verirlər.

Sonda nazir onlara əsəbiləşərək deyir: “…Siz xəstəsiniz, qızlar”.

Qeyd edək ki, bu, Lavrovun senzurasız sözlərdən ilk istifadəsi deyil. Belə ki, bir neçə il öncə rusiyalı nazir almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşdən əvvəl jurnalistləri təhqir edərək, onları “gicbəsər” adlandırmışdı.

Eyni ifadəni o, səudiyyəli həmkarı Adil əl-Cübeyrlə birgə mətbuat konfransında da işlətmişdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər