23 
Dek
2020
13:57
2694

Qaxaria bu şəxslərin maaşlarının artacağını açıqladı

"Yanğınsöndürənlər, polislər, həkimlər, müəllimlər, bunlar dövlətin dayandığı insanlardır, maaşlarının və sosial təminatlarının layiqli olmasını təmin etmək üçün hər şeyi edəcəyik".

InterPress.ge xəbər verir ki, bu haqda Gürcüstanın Baş Naziri vəzifəsini icra edən Qiorqi Qaxaria, Parlamentdə Gürcü Arzusu fraksiyasının üzvləri ilə birlikdə iclas zamanı millət vəkili Kaxi Kaxişvilinin sualı cavablandırarkən deyib.

Qaxarianın dediyinə görə, dövlət məmuru və idarəetmə sistemi hökumətin diqqət mərkəzində olacaq.

"Dövlət məmuru və idarəetmə sisteminin hökumətin diqqət mərkəzində olmasından danışarkən, ilk növbədə, vətəndaşlara hakimiyyət və dövlət xidmətləri göstərən sistem funksiyaları və xidmətlərindən danışırıq. Bura polis, əsgər, səhiyyə sistemi, müəllimlər daxildir. Bunlar, sosial və maaşların artırılması istiqamətləridir, hansı ki, gələn ilin büdcəsində həyata keçirilməsi mərhələlərlə, hissə-hissə nəzərdə tutulur. Bildiyiniz kimi, bu il də bu sahənin bəzi nümayəndələrinin maaşlarını artırdıq. Yanğınsöndürənlər, polislər, həkimlər, müəllimlər, bunlar dövlətin dayandığı insanlardır. Onların maaşlarının və sosial təminatının layiqli olması üçün hər şeyi edəcəyik və layiqli olmasından əvvəl inanın, bizə biraz daha vaxt lazım olacaq",- dedi Qaxaria.

Bizimlə əlaqə saxlayın