
Yanacaqdoldurma məntəqəsini qarət edən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyi Tbilisidə soyğunçuluq faktı ilə əlaqədar bir nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi xəbər verir.
"DİN-in Tbilisi Polis İdarəsinin Didube-Çuğureti Baş İdarəsi və Detektivlər Baş İdarəsinin əməkdaşları birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Tbilisidə soyğunçuluq ittihamı ilə 1987-ci il təvəllüdlü O.T -nı saxlayıblar.
İstintaq, saxlanılan şəxsin bu il dekabrın 22-də Tbilisidə "Gulf" yanacaqdoldurma məntəqəsinə hücum etdiyini və silahla operatordan 100 lari oğurladığını müəyyənləşdirib.
Aparılan tədbirlər nəticəsində hüquq-mühafizə orqanları O.T- nı tezliklə isti təqib nəticəsində saxlayıblar. Şəxsi axtarış zamanı polis cinayət silahını - RETAY XR modelli səsli tapançanı sübut kimi götürdü.
Saxlanılan şəxs, 16 dekabr 2020-ci il tarixində, İoane Petritsi küçəsində yerləşən "İoli" mağazasının filialına da hücum etdiyini, soyuq silah təhdidi ilə mağazanın kassasından 200 lari oğurladığını və hadisə yerindən qaçdığını etiraf etdi. Hadisə ilə bağlı istintaq dəvam etdirilir",- deyə Daxili İşlər Nazirliyindən bildirilib.
Agentliyin məlumatına görə, soyğunçuluq Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə istintaq olunur.
Cinayət ən çox 5 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur.