10 
Mar
2020
06:20
760

İtaliyanın bütün ərazisi karantinə alındı

İtaliyanın baş naziri Cüzeppe Konte koronavirusla əlaqədar ölkədə vətəndaşların hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutan karantin tədbirlərinin genişləndirildiyini elan edib.

Bu barədə InterPress.ge xarici mətbuata istinadən xəbər verir.

O, qeyd edib ki, ölkədə koronavirusa yoluxma və ölüm hallarının sayının artması ilə bağlı son məlumatları nəzərə alaraq, hökumət Lombardiyaya və digər bir neçə başqa zonaya aid tədbirləri bütün ölkə üzrə genişləndirməyə qərar verib.

Baş nazir dəqiqləşdirib ki, hərəkətlər yalnız tutarlı səbəblər olduğu halda mümkündür. Ölkədə ancaq iş və ya ailə şəraiti üzündən zərurət, həmçinin sağlamlıq vəziyyəti ilə bağlı səbəblər hərəkətə imkan verəcək. Yeni qaydalar bu gün - martın 10-da qüvvəyə minib.

Bundan başqa, Konte İtaliyadakı bütün təhsil müəssisələrinin aprelin 3-ə qədər bağlandığını da elan edib.

"Biz tədbir görürük, hansılar ki, onu “mən evdə qalıram” - deyə xarakterizə edə bilərəm", - deyə hökumət başçısı bildirib.

Son məlumatlara əsasən, İtaliyada koronavirusa yoluxanların ümumi sayı 9 min nəfəri ötüb. Ölkədə 700-dən çox insan sağalıb. Koronavirus İtaliyada 463nəfərin həyatına son qoyub.

Bizimlə əlaqə saxlayın