
İmnadze: "Yeni ili maksimum ailə çərçivəsi daxilində keçirək"
"Yeni ili maksimum ailə çərçivəsi daxilində keçirək".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze söyləyib.
"Yeni ili maksimal olaraq, evlərimizdə keçirək, nənə-babalarımıza, nəvələrimizə qonaq getməkdən qaçınaq. Təəssüf ki, bu yeni il hamımız üçün fərqli olacaq, çünki o bizə yaxınlarımızı görməyi qadağan edir”, – dedi İmnadze.
Paata İmnadzenin qeyd etdiyinə əsasən, tibbi maska və sosial məsafənin qorunması hər zamankindən daha önəmlidir.
“Ümid edirəm ki, bu il pandemiyanın dünyayı qarışdırdığı son ildir. Dünyada peyvəndləmənin başlamasına baxmayaraq, hələlik, dünya əhalisinin sadəcə 0.04%-i peyvənd edilib. Halbuki koronavirusun adi mövsum virusuna çevrilməsi üçün, dünya əhalisinin 60-70%-nin peyvənd olunmasına ehtiyac var” – dedi Paata İmnadze.