02 
Fev
2021
14:47
726

Boğaz ağrısından qorunmağın yolları

Boğazdakı ağrı əsasən qıcıqlanma, quruluq və qaşınma kimi xoşagəlməz simptomlarla özünü biruzə verir.

InterPress.ge xəbər verir ki, ağrının səbəbindən asılı olmayaraq, boğazda olan infeksiyaları azaltmaq və qarşısını almaq üçün bir sıra qaydalara əməl etmək lazımdır.

Həmin qaydalar bunlardır:

1.Bol miqdarda maye qəbul edin

Gün ərzində uşaqların 5-6 stəkan, böyüklərin isə 8-10 stəkan su içməyi məsləhət görülür. Bundan əlavə, sulu yeməklər, meyvə şirəsi, bitki çayları da tənəffüs yolu infeksiyalarını təmziləmə gücünə malikdir. Gül, itburnu, cökə kimi bitki çayları da boğaz ağrısının qarşını alır. Bu çayları içərkən üzərinə bal da əlavə edə bilərsiniz.

2.Mütəmadi olaraq vitamin qəbul edin

A, C, E vitaminləri qidalar vasitəsilə qəbul edildikdə, bədənin immunitet sistemini güclənir. Bundan əlavə, bakteriyaların toxumalarda vurduğu ziyan aradan qalxır və onlar yenidən bərpa edilir. Buna görə də, bir çox meyvə və tərəvəzlərin istehlakına üstünlük vermək lazımdır.

3.Sink tərkibli qidalar qəbul edin

Sinkə daha çox göyərtilərdə, qırmızı ətdə, dana qaraciyərində, istiridyada (balıq növü), günəbaxan tumlarında, balqabaqda, qoz-fındıqda və mərcidə rast gəlinir.

Mütəxəssislər hesab edirlər ki, orqanizimdə kifayət qədər sinkin olması virusların yayılmasına mane olur və xəstəlikdən qoruyur. Hər bir insan insan gün ərzində 40 mq-a qədər sink qəbul etməlidir.

4.Bal, zəncəfil və sarı kök qarışığı istehlak edin

Hər üçü qarışdırılıb isti suya 1 çay qaşığı qədər əlavə olunur və qəbul edilir. Tərkibindəki maddələr tənəffüs yollarındakı bütün infeksiyaları təmizləyir.

Bizimlə əlaqə saxlayın