Marsda şəhərlər nə zaman salınacaq?
Marsda insanların yaşaması on illiklər sonra mümkün olacaq. Artıq 2100-cü ildə qırmızı planetdə əhalisinin sayı bir milyona çatan şəhər meydana gələ bilər.
Bunu “Marslılar Cəmiyyəti”nin prezidenti, amerikalı mühəndis Robert Zubrin bəyan edib.
Alim Amerikanın “SpaceX” şirkətinin qurucusu İlon Maskın yaxın altı ildə insanları Marsa çatdırmaq planlarına şübhə ilə yanaşdığını qeyd edib. Onun sözlərinə görə, bu iş böyük ehtimalla 2030-cu ilə qədər vaxt aparacaq.
“Çox güman ki, 2026 və ya 2028-ci ilədək kosmik gəmiləri yük və robotlarla Marsa göndərərək ilk bazanın tikintisinə başlaya biləcəyik. İnsanları ora göndərməzdən əvvəl, elektrik stansiyalarına, Mars havasından və ya sudan yanacaq hasil edən sistemlərə ehtiyacımız olacaq”, - deyə mühəndis bildirib.
Eyni zamanda o, Marsda sənayeləşmə və kənd təssərüfatının inkişafının vacibliyini də vurğulayıb.
“Nə qədər çox adam Marsa uçar və Marsda doğularsa, oradakı varlığımızı daha da genişləndirə biləcəyik. 2070-ci ilə qədər kiçik bir şəhər, 2100-cü ilə qədər isə bir milyonluq şəhərə və ya daha da çoxuna sahib ola biləcəyik”, - deyə Zubrin qeyd edib.