26 
Fev
2021
11:20
303

Bu gün müxalifətin "Azadlıq üçün" etiraz yürüşü başlayacaq

Bu gün Tbilisidə planlaşdırılan etiraz mitinqinə İmereti bölgəsindən olan vətəndaşlar da qoşulacaq.

InterPress.ge xəbər verir ki, avto yürüş artıq Kutaisidən başlayıb.

"Birləşmiş Milli Hərəkat"ın üzvü Qiqa Şuşanianın dediyinə görə, bu gün bütün vətənpərvərlərin yeri ölkədəki siyasi təqibləri dayandırmaq və erkən seçki təyin etmək üçün Rustaveli prospektindədir.

"İnanırıq ki, indi döyüş xətti paytaxtda, Rustaveli prospektində davam edir. Kutaisi və İmeretinin digər bölgələrindən yüzlərlə insan mitinqə qoşulur. Əsas tələblər təbii ki, erkən seçkilər, siyasi məhbusların azad edilməsi və ölkədə siyasi təqiblərin dayandırılmasıdır. Bu gün bütün vətənpərvərlərin yeri bu mitinqdədir"- dedi "Milli Hərəkat"ın üzvü Qiqa Şuşania.

Məlumat üçün bildirək ki, bu gün, 26 fevral, saat 13: 00-da müxalifətin "Azadlıq üçün" etiraz yürüşü başlayacaq.

Bizimlə əlaqə saxlayın