26 
Fev
2021
14:21
679

Etiraz aksiyası səbəbindən Tbilisinin bu küçələrində hərəkət məhdudlaşdırıldı

Müxalifət siyasi partiyalarının təşkil etdiyi etirazlar səbəbindən paytaxtın bəzi bölgələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırıldı.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsindən verilib.

"İctimai asayişi və təhlükəsizliyi qorumaq üçün saat 13: 00-dan etibarən Petre Melikişvili küçəsi və Merab Kostava prospektində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Yürüş və mitinq zamanı Rustaveli prospektində və ona bağlı aşağıdakı küçələrdə də hərəkət məhdudlaşdırılacaq:

●Alexandre Çavçavadze küçəsi
●Mitropane Lağidze küçəsi
● Besiki küçəsi
● Lesia Ukrainka küçəsi
● Zakaria Çiçinadze küçəsi
●9 aprel küçəsi
●Anton Purçeladze küçəsi
●Arçil Jorjadze küçəsi
●Qia Çanturia küçəsi
●Rezo Lağidze Küçəsi
●Vaso Abaşidze küçəsi
● Mesxia küçəsi

Nəqliyyat vasitələrinin hərəkəti aşağıdakı alternativ yollarla mövcud olacaq: sağ sahil və Rezo Tabukaşvili küçəsi, həmçinin Chonkadze küçəsi, Zemo Vera istiqaməti ilə.

Nəqliyyatın təhlükəsiz hərəkəti patrul polis qrupları tərəfindən tənzimlənir. Mitinq bitən kimi nəqliyyatın hərəkəti həmişəki kimi davam edəcək", - deyilir açıqlamada.

Bizimlə əlaqə saxlayın