27 
Fev
2021
09:40
606

Bu gündən etibarən bələdiyyə nəqliyyatı həftə sonları da işləyəcək

Ölkə daxilində bələdiyyə nəqliyyatı bu gündən etibarən həftə sonları işləyəcək.

InterPress.ge xəbər verir ki, müvafiq qərar qurumlararası Koordinasiya Şurası tərəfindən bir neçə gün əvvəl verilib.

Həftə sonları bələdiyyə nəqliyyatına qoyulan məhdudiyyətlər Tbilisidə də qaldırılır.

Tbilisi meriyasından verilən məlumata görə, fevralın 27-dən etibarən metro və bələdiyyə avtobusları sərnişinlərə hər gün adi qaydada xidmət göstərəcək.

“Təhlükəsizlik tədbirlərini qorumaq üçün hər gün dezinfeksiya işləri aparılır. Tbilis metro stansiyaları, eləcə də hərəkətli olan yerlər və bələdiyyə avtobusları dezinfeksiya olunur"- Bələdiyyə meriyası bildirib.

Sərnişinlərə qoyulan məhdudiyyətlərə gəldikdə isə şəxsən səyahət zərurəti qüvvədə qalır. Maskasız səyahət etməsi halında sürücü avtobusu işə salmamağa borcludur. Maskası olmayan sərnişinləri Tbilisi metro stansiyalarına da buraxmayacaqlar. Avtobuslarda istilik və soyutma sisteminin açılması hələ qadağan ediləcək. Hərəkət məhdudiyyətinin qüvvədə qalması səbəbindən Tbilisi metrosu və avtobuslar saat 21: 00-a qədər açıq olacaq.

Bizimlə əlaqə saxlayın