15 
Mar
2021
20:07
2189

Boyunda duzlaşmanın TƏBİİ VASİTƏLƏRLƏ müalicəsi

Boyun osteoxondrozu (el arasında "duzlaşma") çox yayılmış pozulmadır. Boyun osteoxondrozu zamanı boyunda ağrılar, keyimə hissi, başgicəllənməsi, baş ağrıları kimi simptomlar meydana çıxır.

InterPress.ge xəbər verir ki, boyun osteoxondrozu zamanı bəzi xalq təbabəti vasitələri çox yaxşı kömək edir.

- Bal kompresi. Pambıq parçaya bal çəkin, boyun nahiyəsinə qoyun, üzərini sellofan plyonka, sonra yun şərflə bağlayın və bu kompreslə yatın.

- 3-4 sm olan zəncəfil kökü sürtgəcdən keçirilir, 4 diş sarımsaq sarımsağəzənlə əzilir, qarışdırılır. Kütləyə eyni miqdarda vazelin əlavə olunur, yaxşı qarışdırılır, pambıq parçaya çəkilir, boyun nahiyəsinə qoyulur.

- 300 qr iynəyarpağı blenderdə əzilir, bir az kamfora yağı əlavə olunur. Yuxarıda göstərildiyi kimi kompres şəklində istifadə olunur.

Bütün bu vasitələr boyun osteoxondrozu zamanı ağrısızlaşdıran və iltihabəleyhinə təsir göstərir.

(saglamolun.az)

Bizimlə əlaqə saxlayın