29 
Mar
2020
20:39
8670

Marneulinin Yuxarı Qullar kəndinin sakinləri aksiya keçirdilər - VİDEO

Marneulinin Yuxarı Qullar sakinləri aksiya keçiriblər.

InterPress.ge xəbər verir ki, sakinlər kənddə paylanan yardımın düzgün paylanmadığını bildirirlər.

Sakinlərin bildirdiyinə görə, kənd soveti Abid Osmanov meriya tərəfindən verilən yardımı kənddə yaşayan bütün yaşlı pensiyaçılar paylamayıb.

Sakinlər vəziyyətlərinin çox pis olduğunu və işləməyə iş olmadığını qeyd edirlər.

InterPress.ge sözü gedən məsələ ilə bağlı kənd soveti Abid Osmanovla əlaqə saxladı, o bizimlə söhbəti zamanı bildirdi ki, ona ümumilikdə bu vaxta kimi 44 ədəd yardım paket verilib, o isə yardımı ona deyilən qaydada paylayıb.

"Mənə 20 paket bir, 24 ədəd də bir verilib. Mənə verilən təlimatda 75 yaşdan yuxarı və üç uşaqlı ailələrə paylanması bildirilib. Mən isə həmin təlimata uyğun şəkildə paylamışam. Yardımı verdiyim şəxslərin adını yazıb, şəkillərinidə çəkmişəm. Sözü gedən kəndə isə təxminən 10-12 yardım paketi paylanıb", - Abid Osmanov bildirdi.

Məsələ ilə bağlı biz Marneuli meri Zaur Darğallı ilə də əlaqə saxladıq, o bizə hərşeyin kontrolda olduğunu qeyd etdi.

"Paylanan yardımın hər biri xüsusi nəzarət altındadır və şəkilləri, siyahıları şəxsən mənə gəlir. Əyər kimlərsə nəzərdən kənar qalıbsa mənim köməkçimlə əlaqə saxlasın və biz həmin insanları yerində araşdıracağıq, yardıma ehtiyacı olarsa biz onları ərzağla təmin edəcəyik", - deyə Zaur Darğallı bildirdi. (Köməkçisinin nömrəsi: Ədil Əlioğlu +995599390934)

Əhalinin müsahibəsini sizə təqdim edirik:

Bizimlə əlaqə saxlayın