13 
Apr
2020
10:28
1849

Gürcüstan vətəndaşlarını Polşadan təxliyə etməyə başlayıb

Polşada olan Gürcüstan vətəndaşları Minsk-Yerevan reysindən istifadə edərək vətənlərinə qayıda biləcəklər, söhbət 71 nəfərdən gedir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Agentliyin məlumatına görə, vətəndaşlar İrəvandan avtobusla Gürcüstana qayıdacaqlar.

"Səfirliyin səyləri sayəsində 71 Gürcüstan vətəndaşı xüsusi təşkil edilmiş dəhlizlərlə avtobus vasitəsiylə Polşadan Belarusa gətirilib. Daha sonra onlar İrəvandan avtobusla vətənlərinə gətiriləcəklər. Gürcüstana gəldikdən sonra vətəndaşlar tibbi müayinədən keçəcək və karantinə alınacaq."- bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Gürcüstan Xarici İşlər Nazirliyi Gürcüstan vətəndaşlarının Minskdən İrəvana uçuşlarının vaxtını dəqiqə deməyib. Uçuş biletlərinin satıcılarının məlumatlarına görə, şəhərlər arasında növbəti uçuş martın 14-də baş tutacaq.

Bizimlə əlaqə saxlayın