
Gənc həmkəndlisi qızla yazışdığı üçün ayağından asıldı
Kaxetidə, kəndlərdən birində gənclər 19 yaşlı oğlana fiziki zorakılıq ediblər. Zorakılığın səbəbi gəncin kəntçisi qız ilə yazışması olub.
InterPress.ge xəbər verir ki, bu barədə Mtavari Arxi kanalı məlumat yayır.
Məlumata görə, qızın nişanlı olduğu oğlan 19 yaşlı oğlandan qisas almaq qərarına gəlib. Kənd sakinlərinin dediyinə görə, gənci ayağından ağacdan asıblar.
Zərərçəkənin özü şiddət faktını rədd edib, lakin şiddət tətbiq edənin onun ləyaqətini ləkələməyə çalışdığını təsdiqləyib.
Zərərçəkənin ailəsi insidenti təsdiqləyiblər. Onların sözlərinə görə, şiddətin tətbiq edildiyi video təqsirləndirilən şəxslərin özləri tərəfindən çəkilib və qohumlarına göndərilib, daha sonra qıza zəng etdirərək onunla münasibətə son qoymasını tələb ediblər.
Daxili İşlər Nazirliyi hadisəni törətdiyi iddia edilən iki nəfəri saxlayıb, lakin məhkəmə qısa müddətdə ikisini də girov müqabilində sərbəst buraxıb. Zərərçəkən tərəf də girovla razılaşıb. Zərərçəkənin anasının dediyinə görə, təqsirləndirilən şəxslərin ailələri onlara gedib və üzr istəyiblər.
Məhkəmə prosesi 19 iyul tarixinə təyin edilib. Prosesdə hadisə ilə əlaqəli şəxslər dindiriləcək və ehtimal ki, şiddət zamanı çəkilən video da müzakirə ediləcək.