02 
Iyl
2021
10:55
611

Gürcüstanda koronavirusa yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 964 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 368 022 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 607 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 353 231 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 8 nəfər ölüb və ölənlərin ümumi sayı 5 335 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 28 190 test aparılmışdır. Bunlardan 13 696-sı sürətli antigen testi 14 494-ü isə PCR testidir.

Bizimlə əlaqə saxlayın