07 
Iyl
2021
20:15
880

Gürcüstan parlamentinin deputatı Abdulla İsmayılov Bakıya rəsmi səfər edib - FOTO

Gürcüstanın "Vahid Milli Hərəkat” Partiyasının üzvləri Azərbaycana rəsmi səfərə gedib. Nümayəndə heyəti İyulun 4-də Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edərək, məzarı önünə güllər düzüblər.

InterPress.ge Azərbaycan mətuatına istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Nümayəndə heyətinin tərkibində Gürcüstan parlamentində təmsil olunan 3 azərbaycanlı deputatdan biri Abdulla İsmayilov da iştirak edib.

Abdulla İsmayılov 2020-ci il Oktyabrın 31-də Gürcüstan parlamentinə keçirilən seçkilərdə "Vahid Milli Hərəkat” partiyasının proporsional siyahısı üzrə deputat mandatı qazanıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər