Ramazan ayının 13-cü gününün imsak, iftar duası və vaxtları
Ramazan təqviminə əsasən, mayın 7-də imsak Tbilisi vaxtı ilə saat 03:59-da, iftar vaxtı isə 20:23-dədir. İftar vaxtı bir neçə dəqiqə ehdiyat etmək məsləhət görülür.
13-cü günün imsak vaxtının duasını təqdim edirik:
Duanın oxunuşu: “Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin”.
Tərcüməsi: “İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!”
İftar duası:
Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Sənə təvəkkül edirəm!”
Allah orucunuzu qəbul etsin!


