Natia Turnava: "Gözləniləndən daha böyük iqtisadi artım, məqsədyönlü iqtisadi siyasətimizin nəticəsidir"
"Gözləniləndən daha böyük iqtisadi artım, məqsədyönlü iqtisadi siyasətimizin nəticəsidir".
İnterPress.ge xəbər verir ki, bu sözləri İqtisadiyyat və Stabil İnkişaf naziri Natia Turnava deyib.
Natia Turnava qeyd edib ki, ilkin nəticələrə görə, 2019-cu ildə, Gürcüstan iqtisadiyyatı 5.2 faizlə artıb və bu yüksək göstəricidir.
“Ən əsası da odur ki, bu proqnoz edildiyindən daha yüksək göstəricidir, çünki 2019-cu ildə, Beynəlxalq Valyuta Fondunun proqnozu sadəcə 4.5 faizlik artım idi” – dedi Natia Turnava.
Nazirin dediyinə görə, Gürcüstanın İqtisadi artımının əsas faktoru 2019-cu ildə, eksportun güclənməsi oldu.
“2019-cu ildə, ixrac göstəricimiz son on illərin ərzindəki rekord göstəriciyi – 3 milyard 770 milyonu belə aşdı. Gürcü məhsullarımız Avropa bazarlarında daha rəqabət qabiliyyətli oldu. Biz “Gürcüstanda istehsal et”kimi müxtəlif proqramlar vasitəsi ilə, gürcü biznesinə yardım edirik”, – dedi nazir.
Nazirin dediyinə görə, sahə strukturu baxımından, sənaye, işlətməçilik sektoru və turizm industriyası, restoranlar və mehmanxanalar, liderlik edirlər.