11 
May
2020
00:04
857

Ramazan ayının 17-ci gününün imsak, iftar duası və vaxtları

Ramazan təqviminə əsasən, mayın 11-də imsak Tbilisi vaxtı ilə saat 03:53-də, iftar vaxtı isə 20:28-dədır. İftar vaxtı bir neçə dəqiqə ehtiyyat etmək məsləhət görülür.

17-ci günün imsak vaxtının duasını təqdim edirik:

Duanın oxunuşu: “Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin!”.

Tərcüməsi: “İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun!”

İftar duası:

Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul etsin!

Bizimlə əlaqə saxlayın