11 
May
2020
10:30
2959

Tbilisiyə giriş-çıxış məhdudiyyətləri ləğv olundu 

Bu gündən etibarən, Tbilisidə hərəkət etmə məhdudiyyəti aradan qaldırıldı.

InterPress.ge xəbər verir ki, bununla bağlı ötən gün baş nazir Qiorqi Qaxaria qərar qəbul etmişdi.

Rustavi və Qarbaniyə giriş-çıxış məsələsinə gəlincə isə, məhdudiyyətlər mayın 14-də tam şəkildə aradan qaldırılacaq.

Marneuliyə giriş-çıxış isə may ayının 18-dən bərpa olunacaq.

Gürcüstan İqtidarında bildirilir ki, karantin rejimi, yəni komendant saatı hələlik qüvvədə qalır.

Bizimlə əlaqə saxlayın