14 
May
2020
03:49
797

Amiran Qamğrelidze: "Xəstəliyə yoluxma sayı bütün ölkələrdə artır, lakin yavaşlama dinamikasında artım hiss olunur"

"Əsas məqsədə çatmaq üçün, yəni ölkənin pandemiyadan minimal zərərlə çıxması üçün hər şey edilir".

InterPress.ge 1tv-yə istinadən xəbər verir ki, Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri, Amiran Qamğrelidze bildirib.

″Bu günə olan göstəricilərə əsasən, yoluxma sayının artmasına baxmayaraq, bütün dünyada yavaşlama dinamikasında müəyyən artım tendensiyası hiss olunur. Əsas göstəricilər belədir –dünyanın 210 ölkəsində laboratoriya yolu ilə təsdiqlənmiş yoluxmaların sayı 4 256 000-dir, üçdə biri artıq sağalıb və təəssüflər olsun ki, 287 min insan həlak olub, bu isə 6,7% deməkdir. Ən çox yoluxma halı ABŞ-da qeydə alınır, ikinci yerdə İspaniya, sonra isə Rusiya gəlir. Bu isə bizim üçün diqqətçəkicidir, çünki bu ölkə bizim qonşumuzdur. Həmçinin, bizim region da mühümdür, həm Ermənistan, həm də Azərbaycanda artım dinamikası müşahidə olunur. Bununla yanaşı ənənəvi, eləcə də işgüzar və mədəni əlaqələrimizin olduğu Belarusiya, Ukrayna, Qırğızıstan və s. ölkələrdə artım qeydə alınır″, - deyə Amiran Qamğrelidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər