14 
May
2020
03:56
2649

May ayının 22-dən sonra Gürcüstanda fövqəladə vəziyyət ləğv oluna bilərmi? - Həkimin cavabı

"Fövqəladə vəziyyətin qaldırılmasına dair qərar, məhdudiyyətlərin qismən yüngülləşdirilməsinin nəticələri yekunlaşdırıldıqdan sonra veriləcək".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru, Tenqiz Tsertsvadze bildirib.

May ayının 22-dən sonra ölkədə fövqəladə vəziyyət ləğv oluna bilərmi sualına, cavabında Çerçvadze bildirib ki, bu günkü epidemioloji vəziyyət buna imkan yaradır, lakin mayın 22-dək hələ bir həftə var.

O, ölkənin mövcud vəziyyəti qoruyub-saxlayacağını düşünür.

″Düşünürəm ki, biz bu vəziyyəti qoruyub-saxlaya biləcəyik. Mənim tövsiyyəm belədir ki, məhdudiyyətlərin aradan qaldırılmasından sonra 3 ehtiyyat tədbirinə əməl edək. Bunlara- əllərin tez-tez yuyulması, sosial məsafənin qorunması və qapalı məkanlarda maskanın taxılması daxildir. Bu həyatımızın ritmini pozacaq qədər diskomfort yaratmayacaq. Əksinə bu, daha ciddi ölçülərin götürülməsi zərurətini aradan qaldıra bilər″- deyə Tenqiz Çerçvadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər