07 
Iyn
2020
09:15
1152

Tenqiz Tsertsvadze: "Xaricdən gələn turisti iki həftə karantində saxlasan, gəlməyəcək"

"Xaricdən gələn turisti iki həftə karantində saxlasan əgər, bu halda gəlməyəcək, heç bizim turistlər də iki həftəlik karantinə görə getməyəcəklər, karantin lazım deyil, lakin turistlərə də vətəndaşlarımızın etdikləri universal ölçüləri izah edilməlidir".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu patologiya və QİÇS Mərkəzinin rəhbəri, Tenqiz Tsertsvadze Birinci Kanala bildirib.

Onun sözlərinə görə, Gürcüstan fövqəladə vəziyyətin və məhdudiyyətlərin qismən qaldırılmasını nəzərdə tutan riskin birinci mərhələsini, epidemioloji baxımdan ağrısız keçirib.

Ancaq Tsertsvadzenin də qeyd etdiyi kimi beynəlxalq nəqliyyatın(hərəkətin) bərpası bütün ölkələr üçün böyük sınaq olacaq.

Onun sözlərinə görə, Gürcüstanın kliniki sektoru, ölkədə olduğundan daha çox xəstə qəbul etməyə və uğurla şəkildə müalicə etməyə hazırdır.

Bizimlə əlaqə saxlayın