22 
Mar
2022
11:53
326

DİN qanunsuz silah və sursat əldə edən şəxsləri saxladı

Daxili İşlər Nazirliyi Tbilisidə və regionlarda son vaxtlar apardığı kompleks istintaq tədbirləri nəticəsində qanunsuz odlu silah və döyüş sursatı götürüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.

Məlumata görə, Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş İ.Q.-nı saxlayıblar.

"Patrul Polis Şöbəsinin əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmək, saxlamaq və gəzdirməkdə təqsirli bilinən, əvvəllər narkotik cinayətlərinə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü R.O.-nu saxladılar.

Samtsxe-Cavaxeti Polis Departamentinin Borjomi rayon şöbəsinin əməkdaşları 1974-cü il təvəllüdlü A.Q.-ni Borjomidə saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin mənzilinə baxış zamanı maddi sübut kimi: 2 ədəd “Kalaşnikov” avtomatı, tapança, tüfəng, pnevmatik tapança, həmçinin müxtəlif növ odlu silahlar üçün 132 ədəd patron götürüblər.

Kaxeti Polis Departamentinin Telavi rayon şöbəsinin əməkdaşları aparılan araşdırmalar nəticəsində 1989-cu il təvəllüdlü Q. M.-ni qanunsuz olaraq odlu silah və döyüş sursatı alınması və saxlanması faktı üzrə ifşa edib. Polis hakimin qərarı əsasında Q.M.-in evində axtarış apararkən sübut kimi qeydiyyatdan keçməmiş kiçik çaplı tüfəng götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə qanunsuz olaraq odlu silah və döyüş sursatlarının alınması, saxlanması və gəzdirilməsi ilə bağlı araşdırma aparılır. Cinayətlər 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, - deyə qurumun açıqlamasında bildirilir.

Bizimlə əlaqə saxlayın