13 
Iyn
2020
11:13
2990

Maska taxmayanlar cərimələnəcək: Maskanın məcburi taxılması ilə bağlı qanun qüvvəyə mindi

Maskanın məcburi qaydada taxılması ilə bağlı qanunvericilik dəyişiklikləri artıq qüvvəyə minib.

InterPress.ge xəbər verir ki, Gürcüstan prezidenti tərəfindən imzalanmış qanun Qanunvericilik Carçısında dərc olunub və müvafiq olaraq, artıq qüvvədədir.

Yeni qanuna əsasən, pandemiya və ya epidemiya zamanı qapalı ictimai yerdə maska taxmaq qaydasının pozulması fiziki şəxsin 20 lari miqdarında cərimələnməsi ilə nəticələnəcək.

Pandemiya və ya epidemiya zamanı qapalı ictimai yerə maskası olmayan şəxsin daxil olmasına icazənin verilməsi qapalı ictimai yerin sahib olan hüquqi şəxsin və ya fərdi sahibkarın 500 lari miqdarında cərimələnməsi ilə nəticələnəcək.

Pandemiya və ya epidemiya zamanı ictimai nəqliyyatla, o cümlədən metro ilə hərəkət edərkən, bu maddənin birinci hissəsi ilə nəzərdə tutulmuş maska taxmaq qaydasının pozulması, bu qaydanı pozanın 20 lari miqdarında cərimələnməsi ilə nəticələnəcək.

Pandemiya və ya epidemiya zamanı (M1 kateqoriyalı) taksi ilə hərəkət edərkən, bu maddənin birinci hissəsi ilə nəzərdə tutulmuş maska taxma qaydasını pozan sürücü və ya sərnişin 20 lari məbləğində cərimə olunacaq.

Bizimlə əlaqə saxlayın