14 
Iyn
2020
11:02
1709

Gürcüstanda koronavirusla bağlı sevindirici xəbər - 14 iyun

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) bu gün yeni yoluxma halı qeydə alınmayıb.

InterPress.ge-nin xəbərinə görə, Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bu gün yeni yoluxma ilə bağlı məlumat yerləşdirilməyib, ölkədə virusa yoluxanların sayı hələdə 851 nəfərə olduğu qeyd olunur.

Sağalanların sayına gəldikdə isə, ölkəmizdə son 24 saat ərzində 1 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 703-ə çatıb.

Qeyd olunub ki, koronavirus səbəbi ilə 2795 nəfər karantində saxlanılır, 252 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, koronavirus səbəbi ilə 14 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər