16 
Iyn
2020
10:08
1878

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı - 16 iyun

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) saat 10:06-a olan statistikaya əsasən yeni yoluxma halı qeydə alınmayıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Ölkədə virusa yoluxanların sayı 879 nəfərə qalmaqda davam edir.

Sağalanların sayına gəldikdə isə, ölkəmizdə son 24 saat ərzində 20 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 724-ə çatıb.

Qeyd olunub ki, koronavirus səbəbi ilə 2710 nəfər karantində saxlanılır, 267 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, koronavirus səbəbi ilə 14 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın