Gürcüstanda koronavirusa son yoluxmalar haqda açıqlam verildi - 18 iyun
"Koronavirusun 5 yeni təsdiqlənmiş halının hamısı ölkə xaricdən gələnlərdir".
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasının direktoru Marina Ezuqbaia deyib.
Ezuqbaianın qeyd etdiyinə görə, 5 virus daşıyıcısından 4-ü yük avtomobili sürücüsüdür.
"5 virusa yoluxan şəxs elavə olundu və bu say 893 -ə çatdı. 8 nəfər sağlamlıqlarına qovuşub və artıq sağalanların sayı 739 nəfəri təşkil edir. Kovid mərkəzlərdə hal- hazırda 140 xəstə müalicə alır. 5 yeni yoluxma əlavə olub ki, bunlardan 4-ü yük avtomobillərinin sürücüləridir”- dedi Marina Ezuqbaia.
"Dünən yoluxucu xəstəliklər xəstəxanasında 28 xəstə var idi və bunlardan 8-i sağalıb. Onlardan 7-si yoluxucu xəstəliklər xəstəxanasının xəstələridir. Yeddi sağalmış xəstə klinikanı tərk edib. Dünən isə 1 nəfər virus daşıyıcısı əlavə olundu. Həmin şəxs yük avtomobilinin sürücüsüdür. Hal- hazırki mərhələdə mərkəzimizdə 20 xəstə müalicə alır. Onlardan yalnız birinin vəziyyəti ağırdır. Qalan xəstələrin vəziyyətləri isə ortadır”- deyə Ezuqbaia bildirib.


