İyunun 20-də zərər görən 3 şəxs Daxili İşlər Nazirliyindən zərərin qarşılanmasını tələb edəcək
20 iyun 2019 cu il tarixində zərər görmüş 3 şəxs Daxili İşlər Nazirliyindən zərərin qarşılanmasını tələb edəcək.
InterPress.ge ipn-ə istinadən xəbər verir ki, onlar bu gün şikayət ərizəsi ilə şəhər məhkəməsinə müraciət edəcəklər. Hər 3 şəxsin maraqlarını isə gənc hüquqşünaslar assosiasiyası müdafiə edir.
Saya-nın vəkili Marika Dumbadzenin jurnalistlərə verdiyi açıqlamasında bildirir ki, onlar mənəvi və fiziki zərər görüblər və buna görədə dövlət cavabdehlik daşıyaraq onların zərərlərini qarşılamalıdır.
" 20-21 iyun tarixində baş verən hadisədən 1 il ötür və rəmzi olaraq biz şikayət ərizəsi ilə müraciət edəcəyik. Lakin biz bütün bu vaxt ərzində sənədlərin hazırlanması ilə məşğul idik ki, məhkəməyə müraciət edək. Qeyd edimki SAYA zərərçəkənlərin maraqlarını qoruyur. Bu dəfə də biz daxili işlər nazirliyinə qarşı məhkəməyə müraciət edərək maraqlarını qoruduğumuz 3 şəxsin gördüyü zərəri qarşılasın. Onlardan bəzisi bədən hissələrini eləcə də görmə qabiliyyətini itirdi. Hal hazırda biz 3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edəcəyik. Lakin bununla bitməyəcək, digər şəxslərin şikayət ərizələrini də daxil etmək üçün çalışmalarımıza davam edəcəyik", dedi Dumbadze.


