26 
Iyn
2020
19:19
725

Baş Nazir Gürcüstanda korrupsiyanın məğlub edilmədiyini dedi

"İqtisadi inkişaf səviyyəmiz olan ölkəmizin rüşvətin məğlub olduğunu söyləməsi düzgün olmaz, korrupsiyaya qarşı mübarizənin davamlı bir çağırış olduğunu qeyd etməliyik".

InterPress.ge xəbər verir ki, bu haqda baş nazir Qiorqi Qaxaria parlamentin illik iş hesabatını təqdim edərkən qeyd edərək koorupsiya ilə mübarizədə Gürcüstanın regionda lider ölkə olduğunu vurğuladı.

“İctimai idarəetmədən söhbət edəndə koorupsiyanı qarışdırmamalıyıq. Korrupsiya prevensiyası və onunla mübarizə inkişaf etmiş iqtisadiyyatlar üçün daimi çağırışdır. Biz koorupsiya ilə mübarizədə əlimizdə olan mexanizmlərdən maksimal dərəcədə istifadə etməliyik. Biz korrupsiya ilə mübarizədə dünyada 42 ci yeri tuturuq. Bu isə o, demək deyil ki, biz ölkədə rüşvəti məğlub etmişik.”, - deyə Qiorqi Qaxaria qeyd etdi.

Bizimlə əlaqə saxlayın