26 
Dek
2022
11:28
261

Baş nazir: "Biz bütün ölkələrin suverenliyinə hörmət edirik, lakin ən çox öz ölkəmizi sevirik".

"Biz bütün ölkələrin suverenliyinə hörmət edirik, lakin ən çox öz ölkəmizi sevirik".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili deyib.

“Əlbəttə, açıq desək, Ukraynanın hakimiyyət təmsilçilərindən bu cür bəyanatları eşitmək bizim üçün xoş olmadı, lakin burada qeyd etmək istərdim ki, ölkə, onların hökuməti və xalqı müharibə vəziyyətində olduğundan bu mövzuda çox danışmaq, şərh bildirmək istəmirik. Bir şeyi demək istəyirəm ki, bizim əsas vəzifəmiz öz milli maraqlarımızı qorumaqdır. Mən dəfələrlə demişəm və biz bunu öz siyasətimizlə və əməllərimizlə təsdiq etmişik ki, təbii ki, biz bütün ölkələrin suverenliyinə hörmət edirik, bütün ölkələrə hörmət edirik, lakin biz hər şeydən çox öz ölkəmizi sevirik və ona görə də hamımızın əsas vəzifəsi ilk növbədə öz dövlətimizin maraqlarını qorumaqdır”.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər