15 
Sen
2023
13:35
454

Gürcüstanda yaşayış minimumu artıb

2023-cü ilin avqust ayında əvvəlki ayla müqayisədə yaşayış minimumu 3,7 lari artıb.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, ötən ay əmək qabiliyyətli yaşda olan kişi üçün yaşayış minimumu 253,5 lari olub. 2023-cü ilin iyul ayında isə bu rəqəm 249,8 lari idi. İllik göstərici 6,7 lari artıb, yəni ötən ilin avqustunda yaşayış minimumu 246,8 lari olub.

Orta istifadəçinin yaşayış minimumuna gəlincə, cari ilin 8 ayında 224,5 lari müəyyən edilib. Bu göstərici 2023-cü ilin iyulunda 221,3 lari, 2022-ci ilin avqustunda isə -218,6 lari olub.

Məlumat üçün bildirək ki, yaşayış minimumu minimum ərzaq səbəti əsasında müəyyən edilir. Minimum ərzaq səbəti – əmək qabiliyyətli kişinin normal həyatı və əmək qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qidanın miqdarını, onun tərkib elementlərini (zülallar, yağlar və karbohidratlar) və minimum kalori miqdarını ehtiva edən müəyyən edilmiş normativ səbətdir. 

Bizimlə əlaqə saxlayın