17 
Okt
2023
10:40
279

ABŞ Prezidenti İsrailə səfər edəcək

ABŞ prezidenti Co Bayden çərşənbə günü İsrailə səfər edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfəri zamanı bildirib.

Məlumatı Ağ Ev də təsdiqləyib. Prezidentin milli təhlükəsizlik müşaviri Con Kirbi bildirib ki, prezident Bayden İsrail və HƏMAS arasında münaqişənin kritik anında Tel-Əvivə uçacaq.

Con Kirbinin sözlərinə görə, səfər qısamüddətli olacaq və onun əsas məqsədi ABŞ-ın İsraillə həmrəyliyini təsdiqləmək və Qəzzada mülki əhaliyə yardımı təşviq etməkdir.

Con Kirbinin sözlərinə görə, Co Bayden humanitar yardım məsələsini müzakirə edəcək və həmçinin mülki şəxslərin istəsələr Qəzzanı tərk etmələri üçün təhlükəsiz keçidin yaradılmasına çalışacaq.

Bundan əlavə, Ağ Ev təmsilçisinin sözlərinə görə, ABŞ prezidentinin İsrailə səfəri ilə bağlı qərar heç də asan qəbul edilməyib.

 "Aydındır ki, əgər biz müvafiq təhlükəsizlik tədbirlərinin görüldüyünə əmin olmasaydıq, səfər baş tutmazdı", - Con Kirbi bildirib.

İsrail səfərindən sonra İordaniyanın paytaxtı Əmmana gedəcək Co Bayden burada İordaniya kralı Abdulla, Misir prezidenti Əl-Sisi və Fələstin prezidenti Mahmud Abbasla görüşəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər