İsrail Qəzzada qaçqın düşərgəsini bombalayıb, 51 nəfər ölüb
İsrail Müdafiə Qüvvələri Qəzzada qaçqın düşərgəsinə hücum edərək əksəriyyəti qadın və uşaq olmaqla 51 nəfəri öldürüb.
InterPress.ge Reuters-ə istinadən xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
WAFA-nın məlumatına görə, İsrail şənbə günü gecə Qəzza zolağında Məğazi qaçqın düşərgəsini bombalayıb.
HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qidra hücum nəticəsində çoxlu insanın öldüyünü, onlarla insanın isə ağır yaralandığını bildirib.
İsrail ardıcıl olaraq hədəfinin mülki əhali deyil, HƏMAS olduğunu və silahlı qruplaşmanın əhalidən canlı qalxan kimi istifadə etdiyini iddia etsə də, İsrail Müdafiə Qüvvələri hələlik bu barədə açıqlama verməyib.
Qəzza səhiyyə rəsmiləri şənbə günü bildiriblər ki, İsraillə müharibədə 9488-dən çox fələstinli həlak olub.


