İsrailin müdafiə naziri: “Hizbullah Livanı baş verə biləcək müharibəyə sürükləyir“
"Hizbullah ciddi səhv etməyə yaxındır"
InterPress.ge xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant şimal sərhədi yaxınlığındakı hərbi bazaya səfəri zamanı bildirib.
Onun sözlərinə görə, Hizbullah Beyrut sakinlərinin evlərini tərk etmələri ilə nəticələnəcək "ciddi səhvə yol verməyə yaxındır".
“Mən indi Livan vətəndaşlarına deyirəm, mən artıq Qəzza vətəndaşlarının ağ bayraqlarla sahil boyu gəzdiyini və cənuba doğru getdiyini görürəm... Hizbullah Livanı baş verə biləcək müharibəyə sürükləyir və səhvlər edir. Əgər belə səhvlərə yol verirsə, bunun əvəzini ilk olaraq Livan vətəndaşları ödəyəcək. İndi Qəzzada nə ediriksə, Beyrutda necə edəcəyimizi bilirik”, - Qalant bildirib.
O qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında resurslarının onda birindən də azını istifadə edir.


