05 
Apr
2024
12:10
223

Yunanıstanda oğurluq edən beş nəfər Gürcüstan vətəndaşı saxlanılıb

Yunanıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkar təşkilatın üzvü olan 5 Gürcüstan vətəndaşını saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat verib.

Məlumata əsasən, aprelin 2-də keçirilən xüsusi əməliyyat zamanı 33, 34, 38 və 44 yaşlı 4 kişi və 33 yaşlı qadın tutulub.

İstintaqın məlumatına görə, saxlanılan şəxslər ən azı 2021-ci ilin noyabr ayından etibarən Attikanın müxtəlif rayonlarında evləri qarət ediblər.

Saxlanılan şəxslərin axtarışı zamanı polis əməkdaşları avtomobil, motosiklet, 3 noutbuk, 370 avro, mobil telefonlar və sim kartlar, elektrik cihazları, oğurluq alətləri, açarlar və külli miqdarda qızıl-zinət əşyaları götürüblər.

İstintaq başlayandan indiyədək 16 soyğunçuluq və oğurluq faktı açılıb və onların qanunsuz iqtisadi gəliri 690 min avrodan çox təşkil edir. Polis araşdırmaları davam etdirir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər