20 
Avq
2020
14:46
301

Paytaxt meri hakimiyyətə qarşı edilən ittihamları təkzib etdi

"Gürcüstanda kriminal səviyyəsinin qalxması məsələsinə dair müxalifətin açıqlaması yalandır".

InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa kaladze qeyd edib.

Onun jurnalistlərə verdiyi müsahibəsində qeyd etdiyinə görə, 2012-ci ilədək kriminal vəziyyət radikal dərəcədə fərqli idi.

“Bu yalandır. Hər şey müqayisə olunandır. Keçmişi xatırlamaq rəqiblərimizin xoşuna gəlmir. 2012-ci ildə kriminal vəziyyəti müqayisə edək. Açıq aydın görərik ki, 2012-ci ilədək kriminal vəziyyət radikal dərəcədə dəyişib. Bəs mövcud vəziyyət xoşumuza gəlirmi? Əlbəttə ki, yox. Daha yaxşı olmasını istəyirik. Bizim günlük iş fəaliyyətimiz ölkəmizin daha tez inkişaf etməsi və iqtisadiyyatın gücləndirilməsi üçün istiqamətlənib”, - deyə Kaladze qeyd edib.

Kaladzenin sözlərinə görə, idarəçi komandanın keçmişi xatırlaması müxalifəti məmnun etmir. Lakin hər şey müqayisı olunandır.
“Onlar hələ siyasidirlər lakin biz hökümətik. Hər şey müqayisə olunandır. Bizim etdiklərimizi və edəcəklərimizi keçmişlə müqayisə etməliyik axı”, - dedi K. Kaladze.

Bizimlə əlaqə saxlayın