29 
Okt
2026
22:04
115

Yuxarı Saralda “Yeni Nəslin Liderləri” təşəbbüsü çərçivəsində gənclərlə görüş keçirilib

Oktyabrın 29-da Yuxarı Saralda “Yeni Nəslin Liderləri” təşəbbüsü çərçivəsində gənclərlə görüş keçirilib. Görüş zamanı gənclərin icmanın inkişafında rolu, liderlik bacarıqları və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

InterPress.ge xəbər verir ki, görüşün əsas məqsədi gəncləri bir araya gətirmək, ortaq baxış formalaşdırmaq və təşəbbüsün gələcək fəaliyyətinin ilk addımlarını müəyyənləşdirmək olub.

Görüşdə gənclərin öz icmalarının inkişafında oynaya biləcəyi rol, məsuliyyətin, əməkdaşlığın və ictimai həyatda fəal iştirakın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı liderlik, effektiv ünsiyyət, komanda işi, qarşılıqlı hörmət, milli irsin qorunması və ekologiya məsələlərinə xüsusi diqqət yetirilib. İştirakçılar öz fikirlərini, məqsədlərini və gələcək təşəbbüslərin həyata keçirilməsi üçün təkliflərini bölüşüblər.

Təşəbbüs çərçivəsində məqsəd gənclərin ideyalarını konkret layihələrə çevirmək, onların potensiallarını reallaşdırmaları və yerli icmanın inkişafında fəal iştirak etmələri üçün imkanlar yaratmaqdır.

Təşkilatçılar hesab edirlər ki, gənclərin fəal iştirakı və birgə səyləri yerli səviyyədə müsbət dəyişikliklərin həyata keçirilməsinə töhfə verə bilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər