Hökumət bu şəxslərə sərhəddi keçməyə kömək edəcək
Gürcüstan hökuməti Şatilidə faciəvi şəkildə vəfat edənlərin ailələrinə yardım etməyə hazır olduğunu qeyd edib.
InterPress.ge-nin məlumatına görə, Şatilidə vəfat edənlərin ailə üzvlərinin sosial şəbəkədə, Gürcüstana qayıtdıqda sərhəd keçidi və sonrakı prosedurlar haqqında yardım istəyəcəklərinə dair məlumat yayılıb.
Məlumat yayıldıqdan dərhal sonra milli turizm administrasiyası dünyasını dəyişənlərin ailə üzvləri ilə bir başa əlaqə saxlayaraq müxtəlif dövlət qurumları vasitəsilə ölkəyə təcili qayıtma və sərhəd keçid prosedurkarında yardım edəcəklərini bildiriblər.
Prosesə milli turizm administrasiyası, daxili işlər nazirliyi, sərhəd polisi, fövqəladə halların idarəsi xidməti və digər qurumlar qatılıb.
Mövcud məlumata görə, vəfat edənlərin birinin ailə üzvü ölkəyə Azərbaycandan daxil olub. Digərlərinə ailə üzvləri isə İsrail səfirliyinin yardımı ilə İsraildən vətənə qayıdacaqlar.
Onları sərhəddə xüsusi ayrılmış avtomobil qarşılayacaq, onlara PCR test keçiriləcək və cavablar mənfi olduğu təqdirdə maksimum 24 saat ərzində karantini tərk edəcəklər, onlara 72 saatdan bir test keçiriləcək.


