Talakvadze: "Hökumət beynəlxalq müşahidəçilərin ölkəyə gəlmələri üçün çarter reysləri təyin etməyə hazırdır"
"Gürcüstan hökumətinin məqsədi oktyabrın 31-də keçiriləcək parlament seçkilərini izləmək üçün daha çox beynəlxalq müşahidəçi cəlb etməkdir. Hökumət beynəlxalq müşahidəçilərin ölkəyə gəlmələri üçün çarter reysləri təyin etməyə hazırdır".
InterPress.ge xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Arçil Talakvadze deyib.
Onu sözlərinə görə, hökumət pandemiya şəraitində seçkilərin tam təhlükəsizlik və demokratik şəraitdə keçirilməsi üçün qanunvericiliyə müəyyən dəyişikliklər edib, yeni vəzifələr müəyyənləşdirib. Müşahidəçilərin sərbəst hərəkəti və təhlükəsizliyi üçün mexanizm hazırlanıb.
“Beynəlxalq institutlar Gürcüstana müşahidəçi göndərmələri barədə qərar qəbul etdikdən və onların ölkəmizə səfərə gəlməyə hazır olduqlarını bildirdikdən sonra hökumət onlar üçün çarter reysləri təşkil edəcək”, - deyə Arçil Talakvadze vurğulayıb.
Parlamentin sədri deyib ki, Gürcüstana daha çox beynəlxalq müşahidəçinin gəlməsi ölkədə demokratik inkişafın daha yaxşı təbliğinə və şəffaflığa xidmət edəcək.