Rusiya və Vyetnam nüvə texnologiyaları mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
“Rosatom” Korporasiyası və Vyetnamın Elm və Texnologiya Nazirliyi arasında Vyetnam ərazisində nüvə elmi və texnologiya mərkəzinin tikintisi ilə bağlı memorandum imzalanıb.
InterPress.ge -nin məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər verir.
“Rosatom Dövlət Korporasiyasının baş direktoru Aleksey Evgenieviç Lixaçev və Vyetnam Sosialist Respublikasının elm və texnologiya naziri Huynh Thanh Dat Vyetnam Sosialist Respublikası ərazisində nüvə elmi və texnologiyası mərkəzinin tikintisi layihəsinin icra qrafiki haqqında memorandum mübadiləsi aparıblar. ”, - deyə sənədin imzalanma mərasimində bildirilib.
Memorandum Rusiya prezidenti Vladimir Putinin Vyetnama səfəri zamanı imzalanıb. Putin artıq vyetnamlı həmkarı To Lam ilə görüşüb.


