Gürcüstanda silsilə oğurluq edən şəxs saxlanıldı - VİDEO
Polis Batumidə 6 avtomobildə oğurluq faktı üzrə 1 şəxsi həbs edib.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, həbs edilən Tbilisidə bu ay daha 8 avtomobildə oğurluq etdiyini etiraf edib.
Daxili İşlər Nazirliyinin Acara polis departamentinin Xelvaçauri rayon bölməsinin əməkdaşları isti izlərlə keçirilən operativ istintaq axtarış tədbirləri nəticəsində hal-hazırda oğurluq üzrə şərti cəza çəkən 1999-cu il təvəllüdlü bir şəxsi Batumidə saxlayıblar.
İstintaqla təsdiq olunub ki, həbs olunan 20-21 avqust tarixində Batumidə Andria Pirvelcodebuli kəsişməsində vətəndaşlara məxsus avtomobillərin şüşələrini qırıb salona daxil olaraq əşyalar oğurlayıb. Polislər tərəfindən həbs olunanın yaşayış evində axtarış apararkən oğurlanan əşyaları dəlil olaraq götürülüb.
O, bu ay Tbilisidə daha 8 avtomobildə oğurluq etdiyini etiraf edib.
İstintaq Gürcüstan cinayət Məcəlləsinin 177-cı maddəsinin 2-ci hissəsinin A və B altpunktu ilə və eləcədə bu maddənin 3-cü hissəsinin B altpunktu ilə aparılır.
Cinayət 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


