29 
Avq
2020
21:29
965

Gürcüstanda televiziya kanalı rus dilində yayımlandığına görə cərimələndi

Rabitə Komissiyası, qeyri-dövlət dilində yəni rus dilində yayımladığı verliş üçün Media Birliyi telekanal "Obiektiv"i 5000 lari cərimələyib və dərhal rus dilində efirə verilən proqramın yayımdan çıxarılmasına dair tapşırıq verib.

InterPress.ge xəbər verir ki, məsələ "Obiektiv"də rus dilində yayımlanan "Hər kəsə eşitdirmək " ictimai-siyasi proqramla əlaqədardır.

Belə ki, proqram, yayım şəbəkəsində Rabitə Komissiyasının qərarı ilə icazə verilən məhdudiyyət nəzərə alınmayıb və həmçinin dövlət dilində alt yazı olmadan yayımlanıb.

Qeyd edək ki, Rabitə Komissiyasının Qərarı və Gürcüstanın Yayım haqqında Qanununa əsasən, Gürcüstanda avtorizasiyalı milli yayım şəbəkəsində proqramların ümumi həcmi gündəlik yayım vaxtının 10%-dən çox olmamalıdır. Bundan əlavə, dövlət dilində olmayan proqramların müddəti ən səmərəli vaxtın 10% -dən çox olmamalıdır. Yayımçı eyni zamanda proqramı Gürcüstanın dövlət dilində altyazılı olaraq yayım şəbəkəsində yerləşdirmək məcburiyyətindədir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər