25 
Iyl
2024
18:20
501

KİV: İranla Ermənistan silah tədarükü ilə bağlı 500 milyonluq məxfi müqavilə bağlayıb

Bu yaxınlarda İranla Ermənistan silah tədarükü ilə bağlı 500 milyonluq məxfi müqavilə bağlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Iran International” saytı yayıb.

KİV bildirib ki, müqavilənin dəyəri 500 milyon dollar olaraq qiymətləndirilir.

Məlumata görə, müqaviləyə İrandan Ermənistana “Shahed 136”, “Shahed 129”, “Shahed 197” və “Mohajer” pilotsuz uçuş aparatları, eləcə də “Khordad-3”, “Majid”, “Khordad-15” və “Arman” raket sistemlərinin tədarükü daxildir.

Bundan başqa, məlumata görə, İran-Ermənistan hərbi əməkdaşlığı yalnız ölümsaçan dronların və raketlərin təminatından ibarət deyildir. Belə ki, İran-Ermənistan hərbi əməkdaşlığına kəşfiyyat orqanlarının qarşılıqlı əməkdaşlığı, sıx hərbi təlim və məşqlərin, hətta Ermənistan ərazisində hərbi bazaların da yaradılmasının daxil olduğu bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər