26 
Iyl
2024
14:11
318

Avropa İttifaqı Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin ilk tranşını verib

Avropa İttifaqı Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin 1,5 milyard avroluq birinci tranşını verib.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib .

"Ukraynanı və bütün Avropanı yaşamaq üçün daha təhlükəsiz yerə çevirməkdən daha yaxşı simvol və Kremlin pulundan daha yaxşı istifadə yoxdur" -  Ursula fon der Leyen bildirib.

Avropa Komissiyasının sədrinin sözlərinə görə, Avropa İttifaqı Ukraynanın yanındadır və pullar Ukraynanın müdafiəsi və yenidən qurulması üçün nəzərdə tutulub.

Xatırladaq ki, Avropa İttifaqı iyun ayında Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin bir hissəsinin Ukraynaya hərbi yardım üçün istifadə edilməsi barədə razılığa gəlib. Bu qərar Macarıstanın etirazına baxmayaraq qəbul edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər