Çexiya və İraqda Azərbaycan evinin açılması planlaşdırılır
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xarici ölkələrdəki Azərbaycan evlərinin fəaliyyəti, yenilərinin açılması, erməni diasporunun fəallıq təşkil etdiyi Fransa və ABŞ kimi ölkələrdə Azərbaycan əleyhinə təbliğatlara qarşı hansı işlərin görüldüyü və rəhbərlik etdiyi qurumun fəaliyyət mexanizmi ilə bağlı sualları cavablandırıb.
InterPress.ge xəbər verir ki, bu barədə o, yerli mətbuata açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycan evlərinin fəaliyyətində müəyyən dönüş yaratmaq planlaşdırılır.
"Daha çox Azərbaycan evinin açılmasını planlaşdırırıq. Artıq bir neçə ölkədə bu prosesin icrasını başa çatdırmışıq. Yaxın zamanda Çexiya və İraqda Azərbaycan evi açmağı planlaşdırırıq. Bu istiqamətdə bir neçə ölkə ilə də müzakirə aparılır. Həmçinin bəzi Azərbaycan evlərini də təkmilləşdirəcəyik", - deyə o bildirib.


