01 
Sen
2020
16:03
1020

Vətəndaş etraz olaraq özünü yandırmağ istədi

Kobuletidə, Bələdiyyə Binasının yaxınlığında, Statistika İdarəsinin keçmiş binasına yerləşən insanlar etiraz aksiyası keçiriblər. Onların sözlərinə görə, bina tezliklə boşaldılacaq, çünki sözügedən ərazi pay yolu ilə satılıb. Etirazçılara görə, sözügedən ərazi Kobuleti bələdiyyə məclisinin millət vəkili Malxaz Romanadze tərəfindən alınıb.

InterPress.ge xəbər verir ki, onların əsas tələbi adı çəkilən binanı qanuniləşdirmək və ya ona alternativ yer verməkdir.

Etiraz əlaməti olaraq etirazçılardan biri üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd etsədə polis tərəfindən müdaxilə edilib.

Etirazçılar mərkəzi küçəni bağlayıblar.

Kobuletinin bələdiyyə sədri Mirian Katamadze etirazçılarla görüşərək problemlərinin araşdırılacağını deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər