11 
Sen
2024
10:58
450

Entoni Blinken və Britaniya XİN rəhbəri Kiyevə gedir

ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bu gün Kiyevə səfər edəcəklər.

InterPress.ge xəbər veri ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Dövlət katibi Blinken sentyabrın 11-də Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə Ukraynaya gedəcək, burada Ukrayna prezidenti Vladimir Zelenski və Ukraynanın yüksək rütbəli hökumət rəsmiləri ilə görüşərək Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsinə davamlı dəstəyi və Ukraynanın inkişafının necə təmin olunacağını  hərbi, iqtisadi və demokratik baxımdan uzunmüddətli perspektivdə müzakirə edəcək”, - məlumatda deyilir.

Bu arada, ABŞ Dövlət Departamentinin məlumatına görə, Blinken sentyabrın 12-də Polşaya gedəcək və burada Polşanın yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşərək bir sıra mühüm ikitərəfli məsələləri, o cümlədən müdafiə və enerji əməkdaşlığının dərinləşdirilməsi və iki ölkənin NATO kimi fəaliyyətini müzakirə edəcək. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər