17 
Okt
2024
18:37
652

Gələn il yaşa görə pensiya 335 lari deyil, 350 lariyə yüksələcək

2025-ci ildə 70 yaşa qədər pensiyaçılar üçün pensiya 350 lari olacaq.

InterPress.ge xəbər verir ki, dəyişikliklər 2025-ci ilin büdcə layihəsinin yekun variantında öz əksini tapacaq.

Qeyd edək ki, layihənin ilkin variantında bu yaş kateqoriyası üzrə pensiyanın 20 lari artırılaraq 335 lariyə çatdırılması nəzərdə tutulurdu.

Bundan əlavə, büdcə layihəsinə əsasən, dağlıq rayonlarda yaşayan 70 yaşa qədər pensiyaçılara 400 lari veriləcək.

Digər yaş kateqoriyalarına gəlincə, büdcə layihəsinə əsasən, yaşı 70-dən yuxarı olan pensiyaçıların pensiyası 35 lari artırılaraq 450 lari olacaq. Yüksək dağlıq yaşayış məntəqələrində eyni kateqoriyadan olan pensiyaçıların pensiyası təxminən 540 lariyə bərabər olacaq.

Yaşa görə pensiya ilə yanaşı, gələn il 18 yaşınadək əlilliyi olan şəxslər üçün pensiya 35 lari artırılacaq, digər kateqoriyadan olan əlillər üçün isə 20 lari artım olacaq.

 

Bizimlə əlaqə saxlayın