23 
Okt
2024
18:45
235

“Gürcü arzusu” seçki kampaniyasının yekun tədbirindən əvvəl Azadlıq meydanına yürüş davam edir

“Gürcü arzusu” seçki kampaniyasının yekun tədbirindən əvvəl Azadlıq meydanına yürüş davam edir.

InterPress.ge xəbər verir ki, “Gürcü arzusu” tərəfdarları bir neçə yerdən Azadlıq meydanına doğru gedirlər.

Tədbirin rəsmi hissəsi saat 19:00-da başlayacaq və “Gürcü arzusu”nun liderləri seçicilər qarşısında çıxış edəcəklər.

Rəsmi çıxışlardan əvvəl musiqiçilər Azadlıq meydanına toplaşanlara musiqi nömrələri təqdim edirlər.

Seçki tədbirinə bölgələrdən olan vətəndaşlar da qoşulub. Həmçinin paytaxt boyu motosiklet və skuterlərlə yürüş keçirilib. Yürüş iştirakçıları bəyan ediblər ki, onların məqsədi “Gürcü arzusu”na dəstək ifadə etmək və hər kəsi düzgün seçim etməyə çağırmaqdır.

Bizimlə əlaqə saxlayın